21-04-2017 tarixində əlavə olundu
Apple tullantılardan texnika hazırlayacaq - VİDEO
936



Apple kompaniyası qapalı istehsalat dövriyəsi yaratmaq istəyir. Bu qurğuların ancaq ikinci əl xammaldan hazırlamağta imkan verəcək. FaktXeber.com-un məlumatına görə, bu barədə The Verge xəbər yayıb.
 
Artıq kompaniya kənar təchizatçılardan ikinci əl xammal əldə etməyə başlayıb. Bundan başqa Apple-də «Apple Renew» proqramı var ki, bununla istifadəçilər öz köhnə qurğularını təqdim edə bilərlər.
 
Qapalı istehsal dövriyyəsi üçün kompaniya Liam robotu yaradıb. O, smartfonları sökmə və komponentləri çeşidləmə imkanına malikdir. Hazırda iki konveyr işə salınıb. Onlar ildə 2,4 milyon qurğunu sökə bilərlər.
 
 

 
Hesabatda bildirilir ki, ikinci əl xammalların hissələri texnikada istifadə olunur. Məsələn iPhone-6-nın alüminium korpusu əridilir və Mac mini kompyuterlərinin hazırlanmasında istifadə olunur.
 
Bundan başqa kompaniya platalardan mis, qiymətli metallar və qalay alır. Apple köhnə litium ion akkumlyatorlarından kobalt əldə etməyi öyrənməyi planlaşdırır.
http://faktxeber.com/apple-tullantlardan-texnika-hazrlayacaq---vdeo_h495724.html