20-03-2017 tarixində əlavə olundu
Dünyanın ilk dollar milyarderinin nəvəsi öldü


FaktXəbər-in RİA Novostiyə istinadən məlumatına görə, amerikalı milyarder Devid Rofeller ölüb. Milyarderin mətbuat katibi bildirib ki, Rokfeller Nyu-York ştatının Pokantiko-Hills şəhərindəki malikanəsində dünyasını dəyişib. Devid Rokfeller Standard Oil şirkətinin banisi və insanlıq tarixinin ilk dollar milyarderi Con Devison Rokfellerin nəvəsi idiCon Devison Rokfeller 1937-ci ildə ölməzdən qabaq varidatını 1.4 milyard dollara çatdıra bilmişdi. İndiki dövr üçün bu az rəqəm görünsə də, müqayisə üçün deyək ki, hazırda həmin varidat 270 milyard dollara ekvivalentdir. 
 

Buna da baxın

ONLARI TANIYIN - Bütün dünyanı bu 13 ailə idarə edir

O, 15 iyun 1915-ci ildə Nyu-Yorkda dünyaya gəlib. Harvard Universitetini bitirib. Həmçinin London iqtisadi və siyasi elmlər məktəbində oxuyub, Çikaqo Universitetində iqtisadiyyat üzrə doktorluq dərəcəsini müdafiə edib.
 
İkinci Dünya müharibəsi illərində Şimali Afrika və Fransada hərbi kəşfiyyatçı olub. Sıravidən kapitan rütbəsinə kimi yüksəlib. Müharibədən sonra "Chase Manhattan Bank"da karyerasına başlayıb, 1961-ci ildə isə onun prezidenti olub.
 
Rokfeller "Forbes"in bu gün yayımladığı milyarderlər siyahısında 3.3 milyard dollarla 581-ci yerdə qərarlaşıb. "Forbes"in məlumatına görə, o, dünyanın ən yaşlı milyarderi idi.
http://faktxeber.com/dnyann-ilk-dollar-milyarderinin-nvsi-ld_h494259.html