20-03-2017 tarixində əlavə olundu
Zidanın oğlu penaltini vura bilmədi, üstəlik qırmızı vərəqə aldı - VİDEO
829



İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Zinəddin Zidanın böyük oğlu Enzo Fernandes antiqəhrəmana çevrilib. "Kral klubu"nun əvəzedici komandasında çıxış edən 21 yaşlı yarımmüdafiəçi Sequnda B-də XXX turun "Atletiko" ilə oyununda penaltidən yararlana bilməyib. Fernandes 14-cü dəqiqədə şansını qaçırıb.
 
Görüşün sonlarında isə o, ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. Görüş "Atletiko"nun qələbəsi ilə yekunlaşıb - 2:1.
 
Qeyd edək ki, Enzo Fernandes "Real Madrid"in əsas komandasında cəmi 1 dəfə forma geyinib. O, İspaniya Kubokunun 1/16 finalında "Kultural Leones"i 6:1 hesabı ilə yendikləri matçda meydana daxil olub və 1 qol vurub.  
http://faktxeber.com/zidann-olu-penaltini-vura-bilmdi-stlik-qrmz-vrq-ald---vdeo_h494254.html