20-03-2017 tarixində əlavə olundu
Dünyanın ən xoşbəxt ölkələrinin siyahısı - Azərbaycan 85-cidir


FaktXəbər-in verdiyi məlumata görə, Norveç dünyanın ən xoşbəxt əhalisi olan ölkə seçilib. Bu barədə "Sustainable Development Solutions Network" (SDSN) şirkəti BMT-nin sorğusu əsasında hesabat hazırlayıb.
 
Hesabata əsasən, siyahıda ikinci yerdə Danimarka, üçdə İslandiya , sonrakı yerləri isə İsveçrə, Finlandiya, Hollandiya, Kanada, Yeni Zelandiya, Avstraliya və İsveç bölüşür.
 
Azərbaycan reytinqdə 85-ci yerdədir. Regionun digər ölkələri - Ermənistan 94-cü, Gürcüstan isə 125-ci yerdə qərarlaşıb.
http://faktxeber.com/dnyann-n-xobxt-lklrinin-siyahs---azrbaycan-85-cidir_h494252.html