20-03-2017 tarixində əlavə olundu
Çin ordusunun sayını 200 min nəfər azaldacaq


FaktXəbər-in verdiyi məlumata görə, Çin Xalq Ordusu silahlı qüvvələrinin azaldılması çərçivəsində 200 minlik şəxsi heyəti istefaya göndərib. Bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb. Məlumata görə, sayı azaldılan şəxsi heyət atıcı korpusun hərbçiləridir. 
 
Çin ordusunun hazırda 18 ordu korpusu var və hərbçilərin sayı isə 2 milyon nəfər təşkil edir. Rəsmi Pekin gələcəkdə korpusların sayını azaldaraq 13-ə endirmək niyyətindədir. 
http://faktxeber.com/in-ordusunun-sayn-200-min-nfr-azaldacaq_h494249.html