20-03-2017 tarixində əlavə olundu
Rusiyaya Azərbaycandan 14 tona yaxın tomatın ixracı qadağan edilib
910



Dağıstanın Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsində Azərbaycandan  Rusiyaya  aparılan 13 ton 941 kq təzə tomat saxlanılıb. Bu barədə “kavtoday.ru” saytı məlumat yayıb. Məlumata görə, Rusiyanın fitosanitar müfəttişləri Azərbaycandan gətirilən tomatın sertifikatında şübhə doğuran düzəliş aşkar ediblər və buna görə də malın saxlanılması barədə qərar verilib.
 
Tomat yükünün sahibi karantin altında məhsulun gətirilməsi və daşınması qaydalarının pozuntusuna görə inzibati məsuliyyətə cəlb edilib. 13 ton 941 kq tomatın Rusiya ərazisinə keçirilməsinə qadağa qoyulub. 
http://faktxeber.com/rusiyaya-azrbaycandan-14-tona-yaxn-tomatn-ixrac-qadaan-edilib_h494244.html