11-01-2017 tarixində əlavə olundu
İki uşaq atası borca görə intihara cəhd etdi
934



Bu gün günorta saatlarında Salyan şəhərində intihara cəhd hadisəsi baş verib.
 
Salyan şəhəri, X.R.Ulutürk küçəsi, 51-də yaşayan 38 yaşlı Kərimov Vasif Elmirəvan oğlu sirkə turşusu içərək özünü öldürməyə cəhd edib.
 
Salyan Mərkəzi Rayon xəstəxanasına çatdırılan xəstənin vəziyyəti, həkimlərin bildirdiyinə görə, kritikdir. Belə ki, turşu onun daxili orqanlarını parçalayıb.
 
Xəstənin yaxınlarının saytımıza bildirdiyinə görə, hələlik Vasifin nə səbəbdən intihara cəhd etdiyi dəqiq bilinməsə də, o, xəstəxanaya gətirilərkən yolda 500 manat borcu olduğunu deyib.
 
İki azyaşlı uşaq atası olan Vasif Kərimov şadlıq evlərində ofisiantlıq edərək ailəsini dolandırırmış. Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır. (Virtualaz.org)
http://faktxeber.com/ki-uaq-atas-borca-gr-intihara-chd-etdi_h490812.html