11-01-2017 tarixində əlavə olundu
Azərbaycanda yeni əczaçılıq zavodu inşa olunacaq
934



Yanvarın 16-da İranın Kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.
 
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
 
Məlumata görə, səfər çərçivəsində Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun təməli qoyulacaq.
 
Səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək, Azərbaycan-İran əlaqələrinin inkişafına dair müzakirələr aparılacaq. (APA)
http://faktxeber.com/azrbaycanda-yeni-czalq-zavodu-ina-olunacaq_h490810.html