11-01-2017 tarixində əlavə olundu
Türkiyə Ermənistan və İran sərhədlərinə də divar çəkəcək


Türkiyə Milli Müdafiə Nazirliyi ilə Maliyyə Nazirliyinin Ərdahan, Qars və İğdır kimi şəhərlərdə də sərhədə vivar çəkməyi planlaşdırdığı bildirilir. Təhlükəsizlik orqanları Türkiyənin şərqinə beton divar qurulmasının səbəbi kimi terror təşkilatı və qaçaqmalçılıqla mübarizəni göstərirlər.
 
FaktXəbər-in "Star"a istinadən verdiyi məlumata görə, qonşu ölkələrlə olan ticarətdə hər hansı bir fasilə yaranmaması və daha çox inkişaf etdirilməsi məqsədilə də İran, Gürcüstan gömrük keçid məntəqələri ilə bərabər bağlı vəziyyətdə olan Ermənistan gömrük qapısının da modernləşməsinə dair işlər sürətləndiriləcək.
 
İmzalanmış protokola görə, 6 rayon sərhədində 3 metr hündürlüyündə divar, yol və müxtəlif sayda müşahidə qülləsi, keçid qapısı hazırlanması planlaşdırılır.
 
Suriya sərhədində beton bloklardan ibarət olan təhlükəsizlik divarının inşa işlərinin davam etdiyinə diqqət çəkən təhlükəsizlik mənbələri, "Suriya sərhədində işlər tam sürətilə davam edir. Hər hansı bir dəyişiklik olmasa, cənubi sərhədimiz bitdikdən sonra şərq sərhədində də işlər başladılacaq", - deyib.
 
Sərhəd xətti boyunca 2 metr enində və 3 metr hündürlüyündəki 7 tonluq səyyar blokların başa çatan hissəsində divarların üzərinə tikanlı məftil də çəkilir. 
 
Suriya divarının apreldə başa çatacağı bildirilir. 
http://faktxeber.com/trkiy-ermnistan-v-ran-srhdlrin-d-divar-kck_h490795.html