11-01-2017 tarixində əlavə olundu
AİP rəhbərliyi Ayətullah Rəfsəncaninin vəfatı ilə bağlı İran səfirliyində olub


AİP Böyük İslam alimi, ictimai-siyasi xadim, Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar İran səfirliyində olublar.
Səfirlikdə təşkil edilən anım mərasiminə qatılan AİP-in sədr əvəzi Hacı İlham Əliyev və digər partiya funksionerləri Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə bağlı islam inqilabının rəhbəri, Ayətullah-üzma, Vəliyi-fəqih Seyid Əli Xameneyi cənablarına və bütün İran xalqına başsağlığı verib.
 
Səfirlikdə AİP rəhbərliyini İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə, Ayətullah-üzma, Vəliyi-fəqih Seyid Əli Xameneyinin Bakıdakı nümayəndəsi Seyyid Ocaq Nejat,   İran İslam Mədəniyyət Mərkəzinin rəhbəri doktor İbrahim İbrahimi və digər rəsmilər qarşılayıblar.(islaminsesi.org)
 
 
 
http://faktxeber.com/ap-rhbrliyi-aytullah-rfsncaninin-vfat-il-bal-ran-sfirliyind-olub_h490790.html