11-01-2017 tarixində əlavə olundu
İraq ilə Türkiyənin Başika böhranında yeni inkişaf


Ötən ilin oktyabr ayından Türkiyə ilə İraq arasında yaranmış Başika böhranı yenidən gündəmə gəlib. 
 
FaktXəbər-in məlumatına görə, Türkiyə baş naziri Bilanlı Yıldırımın böyük heyətlə İraqa rəsmi səfəri zamanı da gündəmə gələn məsələ barədə İraq televiziyası böhranın həll olunduğu xəbərini açıqlamışdı. 
 
Daha sonra Türkiyə tərəfi Başikada olan türk əsgərlərin İraqda qalacağını açıqlamışdı. 
 
Amma bu gün İraqın Türkiyə səfiri Tallal Cəmil Saleh əl-Obaidi açıqlama verərək, "Türk əsgərlərinin Başika şəhərciyindən çıxarılması məsələsində razılıq əldə olunub. Əməliyyata Türkiyədən yardım gözləmirik, Mosul 3 ay ərzində terrorçulardan təmizlənəcək", - deyə bildirib.
 
Türkiyənin müdafiə naziri Fikrı İşık isə Türkiyə hərbçilərinin İraqın Başika bölgəsində məcburiyyətdən qaldığını söyləyib: "Bölgə  İŞİD terro qruplaşmasından təmizlənənədək Türkiyə hərbçiləri orada qalacaq".
http://faktxeber.com/raq-il-trkiynin-baika-bhrannda-yeni-inkiaf_h490782.html