11-01-2017 tarixində əlavə olundu
Mosul sakinləri şəhəri kütləvi şəkildə tərk edirlər
935



İraqın Mosul şəhərində hərbi əməliyyatlarının yenidən bərpa olunması şəhər sakinləri qaçmağa vadar edib.
 
Faktxəbər-in məlumatına görə, bu barədə yerli KİV-lər BMT-nin rəsmi nümayəndəsi Yens Larkeya istinadən yazıb.  
 
Onun sözlərinə görə, son bir neçə gündə Mosulu 135 min nəfər tərk edib.
 
Həmçinin Larkey onu da vurğulayıb ki, yanvarın 2-si Mosulu rekord 4 min sakin tərk edib. 
 
Qeyd edək ki, oktyabrın 17-i İraq ordusu Mosul şəhərində İŞİD-ə qarşı irimiqyaslı hücuma başlayıb.
 
 
 
 
http://faktxeber.com/mosul-sakinlri-hri-ktlvi-kild-trk-edirlr_h490778.html