11-01-2017 tarixində əlavə olundu
Trampın andiçməsində Azərbaycanı kim təmsil edəcək?
934



ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimində Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanovun iştirakı gözlənilir.
 
Bu barədə açıqlamasında Azərbaycanın ABŞ-dakı səfirliyinin ikinci katibi Azad Aslanov bildirib.
 
Onun sözlərinə görə, ABŞ-ın protokol qaydalarına və təşəkkül tapmış təcrübəyə əsasən adətən ABŞ prezidentlərinin andiçmə mərasimlərində xarici dövlətlər Vaşinqtonda akkreditasiya olunmuş diplomatik missiyaların rəhbərləri səviyyəsində təmsil olunurlar. Bu səbəbdən, göstərilən qaydalara uyğun olaraq ABŞ-ın yeni prezidenti seçilmiş Donald Trampın andiçmə mərasimlərində səfirliyin iştirakı gözlənilir.
 
Qeyd edək ki, ötən ilin noyabrın 8-də ABŞ-də keçirilən seçkilərdə Donald Tramp rəqibi Hillari Klintona qalib gələrək ölkənin yeni prezidenti seçilib.
 
Donald Trampın inaqurasiya mərasimi yanvar ayının 20-də keçiriləcək. (azvision.az)
http://faktxeber.com/trampn-andimsind-azrbaycan-kim-tmsil-edck-_h490777.html