11-01-2017 tarixində əlavə olundu
Koreya yarımadasında hər an nüvə müharibəsi başlaya bilər
936



Koreya yarımadasında hər an nüvə müharibəsi başlaya bilər. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə KXDR-in  BMT yanında  daimi nümayəndəsinin müavini Kim İn Ryon BMT TŞ iclasında deyib.
 
«Koreya yarımadasında çox gərgin vəziyyət hökm sürür. Heç kim  KXDR-ə qarşı misli görünməmiş siyasi, hərbi, iqtisadi təcrid və təzyiq məqsədiylə ABŞ və tərəfdaşlarının həyata keçirdikləri hərbi manevrlərinə görə nüvə müharibəsinin nə zaman başlayacağını bilmir», - deyə o, bəyan edib.
 
Diplomat xatırladıb ki, 2016-cı ilin əvvəlində  KXDR-in həyata keçirdiyi nüvə sınağından sonra  ABŞ  regionda  THAAD  raket əleyhinə müdafiə sistemini yerləşdirməyə qərara alıb: "Koryea yarımadasına  müxtəlif  strateji  nüvə qüvvələri, o cümlədən  nüvə bombardmançıları və  sualtı qayıqları gətirmək Vaşinqtona deyəsən kifayət  etməyib".
 
Kim İn Ryon Şimali Koreya tərəfinin son illərdə  ABŞ və Cənubi Koreyanın  hərbi manevrləri ilə bağlı fövqələdə iclası üçün bir neçə dəfə də müraciət etsə də onlara baxılmadığını da vurğulayıb.
 
KXDR nümayəndəsinin müavini bəyan edib ki, ABŞ tərəfindən 1950-ci ildən başlayan təhlükə ilə əlaqədar KXDR-in  nüvə  silahı hazırlamaqdan başqa çarəsi olmayıb.
 
Qeyd edək ki, KXDR son illərdə 5 nüvə sınağı həyata keçirib: 2006,2009,2013 və 2 dəfə 2016-cı ildə. BMT TŞ buna cavab olaraq Pxenyana qarşı bir neçə sanksiya tətbiq edib.
http://faktxeber.com/koreya-yarmadasnda-hr-an-nv-mharibsi-balaya-bilr_h490763.html