11-01-2017 tarixində əlavə olundu
Fransada drone uçuşlarına qadağa genişləndirildi
937



FaktXəbər-in verdiyi məlumata görə, Fransada başda Paris olmaqla drone uçuşlarına qoyulan məhdudlaşdırılmanın sahəsi  genişləndirilib.

Milli Mülki Aviasiya Administrasiyası və Milli Coğrafiya Məsləhətləşmə İnstitutu, Fransa daxilində uçuş üçün qadağan olunan bölgələrin yenilənmiş xəritəsini dərc edib.

İnternetdə "Pemerintah Geoportal" ünvanından əldə edilən xəritələrin bütün drone istifadəçiləri tərəfindən araşdırılmasını istənilib. Yeni müəyyənləşdirilmiş sərhədləri pozanlar məhkəmə qarşısında cavab verməli olacaqlar.

Fransa mətbuatı isə məhdudlaşdırmanın drone satışlarına əhəmiyyətli dərəcədə zərbə vuracağını yazıb.

http://faktxeber.com/fransada-drone-uularna-qadaa-genilndirildi_h490758.html