11-01-2017 tarixində əlavə olundu
Vəzifəsinin son günlərində Kerri ürəklənib
936



ABŞ Suriyada prezident Bəşər Əsədə təzyiq göstərmək üçün İŞİD terror qruplaşmasının ekspansiasından  istifadə etməyə ümidvar idilər. FaktXəbər-in TASS-a istinadən məlumatına görə, bu barədə Washington Times qəzeti 2016-cı ilin sentyabr ayında Dövlət Katibi  Con Kerrinin  suriya  müxalifəti ilə BMT Baş Assamblyeyasının «meydanın»da söhbəti zamanı edilən audio yazıya istinadla belə bir xəbər yayıb.
 
Nəşr bildirib ki, Amerika hökuməti Əsədə təzyiq göstərmək və nəticədə onu prezident vəzifəsindən getməyə məcbur etmək üçün Suriyada  terrorçuların  artan iştirakından istifadə etməyə ümidvar idilər.
 
«Rusiyanın ora (Suriyaya) getməsinə səbəb İŞİD-in  güclənməsi idi. Qruplaşma  Dəməşq və daha uzağa gedə bilərdi. Biz İŞİD-in gücləndiyini görürdük və düşünürdük ki, bu, Əsəd üçün təhlükə yarada bilər», - deyə ABŞ Dövlət Katibi deyibmiş.
 
Qeyd edək ki, yanvarın 6-da Con Kerri  NBC telekanalına müsahibəsində etiraf etmişdi ki, Rusiyanın Suriyada hərbi əməliyyatlara başlamasına səbəb, İŞİD-in hökuməti ələ keçirməsinin qarşısını almaq idi. Amerika diplomatiyasının rəhbəri əlavə etmişdi ki, bu imkan Vaşinqtonda narahatlıq yaratmışdı.
http://faktxeber.com/vzifsinin-son-gnlrind-kerri-rklnib_h490748.html