11-01-2017 tarixində əlavə olundu
Çində Pokemon Go rəsmən qadağan edilib
935



Çində dünyanı valeh edən Pokemon Go mobil oyunu rəsmən qadağan edilib.
 
Faktxəbər-in məlumatına görə, bu barədə "Reuters" agentliyi yazıb.
 
Məlumatda bildirilir ki, hazırda bu oyunun təhlükə dərəcəsi müəyyən edilir.
 
Həmçinin məlumatda qeyd edilir ki, mütəxəssislərin fikrincə, Pokemon Go  coğrafi informasiya təhlükəsizliyi, eləcə də istehlakçıların nəqliyyat və şəxsi təhlükəsizliyini risk altına atır. 
 
Qeyd edək ki, Pokemon Go dünyada hətta ölümlə nəticələnən bir çox nəqliyyat hadisələrinə səbəb olub.
 
 
http://faktxeber.com/ind-pokemon-go-rsmn-qadaan-edilib_h490744.html