11-01-2017 tarixində əlavə olundu
ABŞ-da Pan Gi Munun qardaşına rüşvətlə bağlı ittiham irəli sürülüb
935



ABŞ höküməti BMT-nin baş katibi Pan Gi Munun qardaşı Pan Gi San və qardaşı oğlu Pan Çu Hyona korrupsiya ilə bağlı ittihamlar irəli sürüb.
 
Faktxəbər-in məlumatına görə, bu barədə "Reuters" agentliyi yazıb. 
 
Məlumatda bildirilir ki, Pan Gi San küllü miqdarda pul təklifilə Yaxın Şərq ölkələrinin rəsmi nümayəndələrini ələ almaq istəyib. Bundan əlavə, onun və oğlunun Vyetnamda 800 milyon dollarlıq qanunsuz kompleks tikintiləri də aşkarlanıb.
 
Həmçinin məlumatda qeyd edilir ki, Pan Gi Mun qardaşının bu işlərindən tam xəbərsiz olduğunu deyib.
 
Qeyd edək ki, hazırda Pan Gi Sanın işi Manhetten məhkəməsindədir.
 
http://faktxeber.com/ab-da-pan-gi-munun-qardana-rvtl-bal-ittiham-irli-srlb_h490740.html