11-01-2017 tarixində əlavə olundu
Əfqanıstanda silsilə terror: BƏƏ səfiri yaralandı - FOTOLAR
936



BMT  Əfqanıstanın Paytaxtı  Kabildə və Qəndəharda azı 49 nəfərin ölümü, BƏƏ səfiri də daxil omaqla  90-na yaxın insanın yaralanması ilə nəticələnən terror aktını kəskin tənqid edib. Ümumdünya təşkilatında Baş Katibinin  nümayəndəsi  Stefan Cüjarrik belə hücumların beynəlxalq hüquqların pozulması adlandırıb və heç bir bəraətinin olmadığını vurğulayıb.

Xatırladaq ki, dünən  iki intiharçı  Kabildə  Parlament binasının qarşısında özlərini partladıb. Son məlumatlara görə, Talibanın həyata keçirdiyi hücumda azı 38 nəfər həlak olub və 70 nəfər yaralanıb.

Bundan başqa Qəndəharda da partlayış olub. Nəticədə 11 nəfər həlak olub, 18 nəfər yaralanıb. Xəsarət alanlar arasında  əyalətin qubernatoru və BƏƏ-nin Əfqanıstandakı səfiri də var. Onlar hadisə vaxtı yerli administrasiya binasında görüş keçirirdilər. Bu hadisə ilə əlaqədar heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

http://faktxeber.com/fqanstanda-silsil-terror--b-sfiri-yaraland---fotolar_h490739.html