10-01-2017 tarixində əlavə olundu
Səngəçaldakı qaz xəttində yenidən partlayış olub -FOTO


FaktXeber.com-un verdiyi məlumata görə, 2016-cı il dekabrın 27-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində partlayış baş vermiş qaz xəttinə yaxın ərtazidə yenidən partlayış olub.

Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Onun sözlərinə görə, hadisə az əvvəl baş verib.

Məlumatla bağlı Mia.az-ın əldə etdiyi məlumata görə, hadisədən dərhal sonra FHN-in canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub: "Ərazidə təhlükəsizlik tədbirləri görülüb, yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir".


 

http://faktxeber.com/sngaldak-qaz-xttind-yenidn-partlay-olub--foto_h490734.html