10-01-2017 tarixində əlavə olundu
Türkiyə polis idarəsinə silahlı hücum olub - VİDEO
937



FaktXəbər-in Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Qaziantep Polis İdarəsi qarşısında silahlı atışma olub. Terrorçular Polis İdarəsinin arxa qapısından içəri daxil olmaq istəyiblər. Mühafizəçi mane olduqda isə terrorçulardan biri silahını çıxarıb. Baş verən qarşıdurmada bir terrorçu öldürülüb, 2-si qaçıb.
 
Əraziyə xüsusi təyinatlılar cəlb edilib. 
 
Atışma zamanı qapının yaxınlığında yerləşən bir uşaq da yaralanıb. 
 
Şahidlərin sözlərinə görə, 1 polis əməkdaşı yaralanıb.
http://faktxeber.com/trkiy-polis-idarsin-silahl-hcum-olub---vdeo_h490727.html