10-01-2017 tarixində əlavə olundu
Omanda dünyanın ilk ekoloji məscid inşa edilir
935



Omanda tam yaşıl enerjilə işləyən dünyanın ilk eko-məscid inşa edilir. 
 
Faktxəbər-in məlumatına görə, bu barədə "Times of Oman" portalı məscidin baş mühəndisi Badr Əl-Hədabiyə istinadən yazıb. 
 
Onun sözlərinə görə, hazırda məscid layihəsinin 90%-i hazırdır və damında günəş panelləri quraşdırılır.
 
Badr onu da vuğulayıb ki, əldə olunan ekoloji təmiz enerji əsasən məscidin kondisionerlərinə sərf ediləcək.
 
Qeyd edək ki, mühəndis digər ölkələrin də bu ideyadan istifadə edəcəyinə ümid etdiyini deyib. 
 
 
http://faktxeber.com/omanda-dnyann-ilk-ekoloji-mscid-ina-edilir_h490716.html