10-01-2017 tarixində əlavə olundu
Çeçenistanda övladları terrorçulara qoşulan valideynlər mitinq keçirdi
936



FaktXeber.com-un məlumatına görə, Çeçenistanın paytaxtı Qroznının mərkəzi meydanında  İŞİD əleyhinə aksiya keçirilib. Aksiyaya minlərlə adam toplaşıb.
 
Bildirilir ki, övladları terrorçuluğa cəlb olunan valideynlərin təşəbbüsü ilə keçirilən aksiya  «Çeçnistanın qəlbi» məscidinin qarşısında baş tutub.
 
Çeçenistan sakinləri çıxışları zamanı İŞİD-ə və onun rəhbəri Əğu Bəkr Əl-Bağdadiyə etrazlarını  bəyan ediblər.
 
Bir neçə saat çəkən tədbirdən sonra, aksiyaçılar  İŞİD simvolikası olan  transparantları və Əl-Bağdadinin portretlərini  yandırıblar.
http://faktxeber.com/eenistanda-vladlar-terrorulara-qoulan-valideynlr-mitinq-keirdi_h490715.html