10-01-2017 tarixində əlavə olundu
Afrikanın ən uzun dəmir yolu xətti tamamlandı
937



FaktXəbər-in verdiyi məlumata görə, Efiopiyanın paytaxtı Əddis Əəbəbni, Cibutinin paytaxtı və liman şəhərinə bağlayan dəmir yolu xətti xüsusi mərasimlə açılıb.

Açılış mərasimində Cibuti prezidenti İsmayıl Ömər Gulle və Efiopiya baş naziri Hailemariam Desalecinin iştirak etdiyi mərasimdə çox sayda insan iştirak edib.

Oktyabr ayında Efiopiyadakı hissəsinin açılışı keçirilən dəmir yolu xətti sayəsində, dənizə sahili olmayan Efiopiyanın Ədən körfəzi və Qırmızı dənizə əlaqəsi da asanlaşmış olub. Yeni xətlə Əddis Əbəbədən Cibuti limanına getmək təxminən 10 saat davam edəcək. Sınağı keçirilən dəmir yolunun yaxın zamanda istifadəyə verilməsi planlaşdırılır.
 
Afrikadakı ən uzun dəmir yolu xətti olan sözügedən layihənin, Şərqi Afrika ölkələri arasındakı iqtisadi əlaqələri də inkişaf etdirməsi gözlənilir. Efiopiyanın idxal və ixracının 90 faizini Cibuti limanı vasitəsi ilə həyata keçirməsi isə xətti ölkə üçün daha da əhəmiyyətli edir.
 
Ümumilikdə 756 kilometr uzunluğundakı dəmir yolu, Çinli CREC və CCECC firmaları tərəfindən inşa edilib. Təxminən 3,4 milyard dollara ərsəyə gətirilən və Afrikanın ilk elektrik dəmir yolu olan kəmərin tikinti xərcinin 70 faizi "China Exim Bank" tərəfindən qarşılanıb.

http://faktxeber.com/afrikann-n-uzun-dmir-yolu-xtti-tamamland_h490707.html