10-01-2017 tarixində əlavə olundu
Əvvəlki işinə qayıdan keçmiş suriyalı döyüşçünün maraqlı ETIRAFI
936



FaktXəbər-in verdiyi məlumata görə, Suriya hökumətinin silahlı qruplaşma üzvlərinin silahları yerə qoyma şərti ilə amnistiya hüququndan istifadə edənlərin sayı durmadan artır. Bazar günü təkcə  Homs şəhərində 130-a yaxın  silahlı  Suriya hökumətinə təslim olub.
 
Bu şəkildə görünən gənc isə  Derayadan olan sadə suriyalı Məhəmməddir. O da vaxtilə silahlı qruplaşmalara qoşularaq, hökumətə qarşı mübarizə aparmışdı. Lakin sonunda bunun mənasız olduğunu anlayaraq, silahını təhvil verib və keçmiş işinə - elektrikçiliyə qayıdıb. Jurnalistlər ondan «inqilabda ən böyük səhv nə idi», - deyə soruşublar. Məhəmmədin bu suala verdiyi cavab isə hər kəs tərəfindən böyük maraqla qarşılanıb: «İnqilabın özü səhv idi».
 
http://faktxeber.com/vvlki-iin-qaydan-kemi-suriyal-dynn-maraql-etirafi_h490699.html