10-01-2017 tarixində əlavə olundu
Rusiya raket kompkesinin təkmilləşməsinə pul tapılmır
935



Rusiyanın "Podolski" elektromexanika zavodu ölkədə yaranmış böhranla bağlı Müdafiə Nazirliyinin "Yars" raket kompleksləri üçün sifariş etdiyi avadanlığı vaxtında yerinə yetirə bilməyib.
 
Faktxəbər-in məlumatına görə, bu barədə "Kommersant" qəzeti yazıb. 
 
Məlumatda bildirilir ki, maliyyə probleminə görə ümumiyyətlə layihənin icrası təhlükə altına düşüb.
 
Həmçinin məlumatda qeyd edilir ki, bununla bağlı Moskvanın istilik texnikasının İnstitutu "Rostex" dövlət korporasiyasına müraciət edərək, ondan "Kovrov" elektromexanika zavodunda düblyaj istehsalına başlamasını istəyib.
 
Qeyd edək ki, "Yars" kompkesi 2000-ci illərdə Moskva İnstitutu tərəfindən  hazırlanıb. Raket 2009-cu ildən Rusiya ordusunun silahlanmasına daxil olunub.
http://faktxeber.com/rusiya-raket-kompkesinin-tkmillmsin-pul-taplmr_h490691.html