10-01-2017 tarixində əlavə olundu
Moskva səmasını С-400 qorumağa başlayıb
935



Rusiyanın paytaxtı Moskva şəhərin səmasını c-300-ün yerinə С-400  döyüş zenit raket kompleksləri qorumağa başlayıb.
 
Faktxəbər-in məlumatına görə, bu barədə "İnterfaks" agentliyi ölkənin Müdafiə Nazirliyinə istinadən yazıb. 
 
Məlumatda bildirilir ki, yanvarın 11-i bütün C-300 zenit raket kompleksləri şəhərdən çıxarılacaq, çünki yeni C-400 kompleksləri döyüşə tam hazırdır. 
 
Qeyd edək ki, C-400 "Triumf" zenit raket kompkesləri "Almaz-Antey" konsernində istehsal olunur. Sistem aviasiya zərbələrindən yüksək müdafiəsi üçün nəzərdə tutulub.
 
http://faktxeber.com/moskva-smasn-g-400-qorumaa-balayb_h490682.html