10-01-2017 tarixində əlavə olundu
Afinanın mərkəzində xüsusi tayinatlılar güllələnib
935



Yunanıstan paytaxtı Afina şəhərin mərkəzində xüsusi təyinatlılara silahlı hücum edilib.
 
Faktxəbər-in məlumatına görə, bu barədə "ANA" agentliyi yazıb. 
 
Məlumatda bildirilir ki, insident nəticəsində bir polis ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.
 
Həmçinin məlumatda qeyd edilir ki, atəş yaxın məsafədən atılsa da cinayətkarlar hadisə yerini tərk edə bilib. 
 
Qeyd edək ki, hazırda ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarların axtarışını aparırlar. 
 
 
http://faktxeber.com/afinann-mrkzind-xsusi-tayinatllar-glllnib_h490679.html