10-01-2017 tarixində əlavə olundu
Bir kilovat saat elektrik enerjisi ilə nə etmək olar?
934



Elektrik enerjisinin qiymətinin bahalaşması qənaət etməyi zəruriləşdirdi. 1 kilovat saat elektrik enerjisi ilə evdə hansı işləri görməyin mümkünlüyünü aydınlaşdırırıq.
 
Evdə
 
• Bir maşın paltar yumaq (söhbət paltar yuyan maşından gedir)
• 15 köynək ütüləmək olar
• 60 vatlıq lampa 17 saat yana bilər
• Orta səviyyəli tozsovuran 60 dəqiqə işləyə bilər (1000W )
• Qənaətli lampaları 90 saat yandırmaq olar (11 Vat)
 
Mətbəxdə:
 
• İki gün 300-litrlik soyuducu işləyə bilər.
• Bir tort bişirmək olar.
•Elektrik peçində dörd nəfərlik yemək bişirmək olar.
• 70 fincan qəhvə hazırlamaq olar.
•133 dilim çörək qızartmaq olar (tosterdə)
•Bir kilovat saat enerji ilə 60 dəqiqə saç qurutmaq olar,
•Yeddi saat televiziyaya baxmaq olar.
•2500 kişi 1 kilovat saat elektrik enerjisi ilə üzünü qırxa bilər. Bu böyük bir kənd əhalisinin bütün kişiləri deməkdir.
 
Bu məbləğlər istifadə olunan cihazlardan asılı olaraq az fərqli ola bilər. (Fins.az)
http://faktxeber.com/bir-kilovat-saat-elektrik-enerjisi-il-n-etmk-olar-_h490670.html