10-01-2017 tarixində əlavə olundu
Yəməndə Əl-Qaidənin liderlərindən biri məhv edilib
935



Yəmənin Bayda şəhərində ABŞ-ın pilotsuz təyyarəsinin zərbələri nəticəsində Əl-Qaidə liderlərindən biri Əbd əl-Qani Qasim Əl-Rəssas məhv edilib.
 
Faktxəbər-in məlumatına görə, bu barədə "Sky News" agentliyi yazıb.
 
Məlumatda bildirilir ki, o, Əl-Qaidənin Ərəbistan yarımadasında komandiri olub.  
 
Qeyd edək ki, İŞİD və Əl-Qaidə terror təşkilatları Yəməndə yaranmış böhrandan istifadə edərək, ölkənin cənub rayonlarına tez-tez hücum edirlər.
 
http://faktxeber.com/ymnd-l-qaidnin-liderlrindn-biri-mhv-edilib_h490669.html