09-01-2017 tarixində əlavə olundu
İraqda 1 milyondan çox qadın dul qalıb
937



FaktXəbər-in verdiyi məlumata görə, İraqda 2016-cı ilin  məlumatlarına görə boşanma və ya ərinin vəfat etməsi nəticəsində dul qalan qadın sayının 1 milyonu keçdiyi bildirilib.

Planlaşdırma nazirliyinin sözçüsü Əbdüz-Zəhra Hindavi verdiyi  açıqlama zamanı bildirib ki, İraqda həyat yoldaşının vəfat etməsi nəticəsində 878 min 455 qadın dul qalıb. Bu qadınlardan 203 mininin 14-49 arası yaşı var. 675 mini isə 50 yaşdan yuxarıdır.

Ölkədə həyat yoldaşından ayrılan qadınların sayının isə 122 min 438-ə çatıb.

O həmçinin qeyd edib ki, dul qadın sayındakı artıma səbəb terror təşkilatı İŞİD-lə mübarizədəki itkilərdir.

http://faktxeber.com/raqda-1-milyondan-ox-qadn-dul-qalb_h490642.html