09-01-2017 tarixində əlavə olundu
Rusiyada siqaretin marketlərdə satışı qadağan edilib
935



Rusiyanın Səhiyyə Nazirliyi 100 kvadrat metrdən az olan marketlərdə siqaret satışını tam qadağan edib.
 
Faktxəbər-ion məlumatına görə, bu barədə "Gazeta.ru" qəzeti yazıb.
 
Məlumatda bildirilir ki, 100 kv. metrdən böyük supermakertlərdə isə siqaret satışı üçün ümumi kassalardan aralı xüsusi bir yer ayırılmalıdır.
 
Həmçinin məlumatda qeyd edilir ki, bu qanuna əməl etməyən vətəndaşları ağır cərimələr gözləyir.
 
Qeyd edək ki, hazırda nazirlikdə Rusiyada 2015-ci ildən sonra dünyaya gələn şəxslərə siqaret satışını həmişəlik qadağan edən qanun layihəsinə baxılır.
 
http://faktxeber.com/rusiyada-siqaretin-marketlrd-sat-qadaan-edilib_h490641.html