09-01-2017 tarixində əlavə olundu
Sabah paytaxtın bəzi yerlərində qaz olmayacaq
934



Sabah saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Qaraçuxur” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
 
FaktXəbər SOCAR-ın saytına istinadən xəbər verir ki, aparılan işlərin Suraxanı rayonunun Qaraçuxur, Günəşli və Hövsan, eləcə də Sabunçu rayonunun Bakıxanov qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.
http://faktxeber.com/sabah-paytaxtn-bzi-yerlrind-qaz-olmayacaq_h490633.html