09-01-2017 tarixində əlavə olundu
Kamal Kılıçdaroğluna qardaşından ağır zərbə


Türkiyənin Cümhuriyyə Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun qardaşı Cəlal Kılıçdaroğlu üzvlük üçün AK Partiyanın mərkəzi qərargahına gəlib.
 
FaktXəbər-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, AK Partiyanın çıxışında jurnalistlərin suallarını cavablandıran Kılıçdaroğlu məhz üzvlük üçün Ankaraya gəldiyini söyləyib.
 
O, FETÖ mübarizəsində prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Binalı Yıldırımın yanında olduğunu bildirib və qardaşı Kamal Kılıçdaroğlu da daxil olmaqla bütün siyasi partiyalara "içinizdəki FETÖ-çüləri təmizləyin" çağırışı edib.
 
Jurnalistlərin qardaşı ilə görüşüb görüşməyəcəyi barədə ünvanladığı suala Cəlal Kılıçdaroğlu "xeyr" cavabını verib.
 
Kamal Kılıçdaroğlunu 15 İyul dövlət çevrilişi cəhdindən əvvəl FETÖ mövzusunda xəbərdar etdiyinə diqqəti çəkən Cəlal Kılıçdaroğlu, "Mənə, "sən bu işə qarışma", - dedi. Amma müşaviri FETÖ-çu çıxdı, həbs etdilər. Mənə də orada haqq verdi" söyləyib.
http://faktxeber.com/kamal-kldaroluna-qardandan-ar-zrb_h490632.html