09-01-2017 tarixində əlavə olundu
Londonda milyonlarla sərnişin metroda qalıb - FOTO
936



FaktXəbər-in BBC-yə istinadən verdiyi məlumata görə,  Britaniya paytaxtının milyonlarla sərnişini metroda çarəsiz qalıb. Londonda nəqliyyat kollapsının baş verməsinə səbəb metro işçilərinin  tətili olub.
 
 
Dünən gecədən başlayan  tətilə görə, Londonun  ən yüklü stansiyaları  bağlanıb. Metronun 11 xəttindən ancaq 8-i işləyir. Platforma  və dəhlizlər sərnişin kütləsindən dolub-daşır.
 
 
Bəzi stansiyalarda isə basabas səbəbindən sərnişinlər evakuasiya olubu. Paytaxtın milyonlarla sakini öz iş yerlərinə getmək üçün alternativ nətqliyyatdan istifadə etmək məcburiyyətində qalıb. Nəticədə  şəhərdə çoxkilometrli tıxaclar yaranıb.
 
 
 
 
 
Metropoliten işçilərinin tətilinə səbəb isə əməkdaşların ixtisarı olub. Etiraz aksiyası ilə  sektorun işçiləri  kadr çağışmazlığına  və qalan işçilərin  işinin çoxluğuna diqqət yönəltmək istəyirlər.
 
 
http://faktxeber.com/londonda-milyonlarla-srniin-metroda-qalb---foto_h490626.html