09-01-2017 tarixində əlavə olundu
Azərbaycandan İslam Hərbi İttifaqına qoşulmaq barədə rəsmi açıqlama


Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İslam hərbi koalisiyasına qoşulması barədə xəbərlərə münasibət bildirib.
 
Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev FaktXəbər-ə bildirib ki, Azərbaycanın xarici siyasətinin gündəliyində hələlik belə bir məsələ yoxdur: "İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sözügedən məsələ ilə əlaqədar vaxtilə müxtəlif fikirlər səsləndirilib. Hər hansı təklif irəli sürüldüyü halda, Azərbaycan tərəfindən müfəssəl şəkildə təhlil olunur."
http://faktxeber.com/azrbaycandan-slam-hrbi-ttifaqna-qoulmaq-bard-rsmi-aqlama_h490617.html