09-01-2017 tarixində əlavə olundu
Azərbaycan İslam Hərbi Alyansına qoşulur


FaktXəbər-in “Dünyanyus”a istinadən verdiyi məlumata görə, İslam Hərbi İttifaqı ilə bağlı mənbələr qeyd edir ki, Azərbaycan, Tacikistan və İndoneziya 42 ölkədən ibarət ittifaqa qoşulmaqla bağlı qərar verib. 
 
İslam Hərbi İttifaqı qərb müdafiə koalisiyası NATO-ya ekvivalent olacağı bildirilir. 
 
Bu ittifaqın Çin və Rusiya ilə sıx əlaqələr hesabına daha güclü və fəal hala gətiriləcəyi bildirilir.
 
Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə, Misir, Banqladeş, Liviya və Nigeriya kimi ölkələr ittifaqda mühüm rol oynayarkən, onlarla müqayisədə hərbi qüvvəsi daha az olan ölkələr koalisiyanın digər məsələlərində arxa mövqedə dayanacaqlar.
 
Hərbi əməliyyatlara dəstək və koordinasiya məqsədilə fəaliyyətlərin  mərkəzi Ər-Riyad olacaq.
 
Xatırladaq ki, İslam Hərbi İttifaqı 2005-ci ildə Səudiyyə kralı Abdullaya keçmiş Malayziya baş naziri Mahatir Məhəmməd və İslam Müşahidəçi Təşkilatının spikeri Fazal Məhəmməd tərəfindən təklif edilmişdi. 
 
Mahatir Məhəmmədin sözlərinə görə, kral Abdulla təklifi xoş qarşılamış və bu məsələni İslam Əməkdaşlıq Təşkilatının gündəminə daxil etmək niyyətini açıqlayıbmış. Lakin digər ölkələrin irəli sürdüyü şərtlərə görə, qüvvənin formalaşdırılması ideyasını praktikada tətbiq etmək reallaşmamışdı.  Yaxın Şərqdə vəziyyətin pisləşməsi, xüsusən də İŞİD terrorçularının İraqa olan müdaxiləsindən sonra Səudiyyə Ərəbistanı özü təklifi yenidən gündəmə gətirmişdi. Amma yarandığı gündən ittifaqın İŞİD-lə mübarizə cəbhəsində 1 güllə belə atdığını görən olmayıb. Sadəcə Türkiyə təkbaşına İŞİD-lə mübarizəyə qoşulub.

 

http://faktxeber.com/azrbaycan-slam-hrbi-alyansna-qoulur_h490607.html