09-01-2017 tarixində əlavə olundu
Təxirə düşən Bakı-İstanbul reysinin sərnişinləri digər reyslə uça bilərlər
934



Bu gün səhər təxirə salınmış Bakı-İstanbul aviareysinin sərnişinləri yanvarın 18-ə kimi istənilən reyslə uçuşu həyata keçirə bilərlər. Bu barədə “Türk Hava Yolları” şirkətindən məlumat verilib.
 
Bu gün İstanbuldakı hava şəraiti ilə əlaqədar səhər saatlarında Bakı-İstanbul reysi təxirə salınmışdı. Aviaşirkətin məlumatına görə, həmin reysin sərnişinləri fevralın 8-dək biletin dəyərini geri ala bilərlər.
 
Qeyd edək ki, bu gün ümumilikdə İstanbula 6 reys təyin olunub. Onlardan 3-ü artıq baş tutub. (Trend)
http://faktxeber.com/txir-dn-bak-stanbul-reysinin-srniinlri-digr-reysl-ua-bilrlr_h490605.html