07-01-2017 tarixində əlavə olundu
Bakıda pravoslavlar İsa peyğəmbərin (ə) doğum gününü qeyd edib - FOTO
937



Xristian aləmində qəbul edilmiş iki təqvim, yəni "Qriqorian" və "Yulian" təqvimlərinə əsasən, İsa peyğəmbərin (ə) doğum günü iki fərqli gündə keçirilir.

FaktXəbər-in "SalamNews" informasiya agentliyinə istinadən verdiyi məlumata görə, digər xristian məzhəblərindən fərqli olaraq provaslavlar İsa Məsihin (ə) doğum gününün yanvarın 7-nə təsadüf etdiyini bildirirlər. Bu münasibətlə Bakıda provaslavlar İsa peyğəmbərin doğum gününü qeyd ediblər.

Xatırladaq ki, İsa peyğəmbərin (ə) doğumunun hansı günə təsadüf etməsi barədə dəqiq tarixi faktlar mövcud deyil. Amma İsa peyğəmbərlə (ə) bağlı baş verənlər bu gün bütün insanları, eləcə də müsəlmanları heyrətləndirir. Demək olar ki, İsa Peyğəmbərin (ə) doğum anlarında baş verən qeyri-adi hadisələr və möcüzələr daha çox Qurani-kərimdə təsvir olunub. Qurani-kərimdə İsanın (ə) doğulduqdan sonra beşikdə ikən dil açıb insanlarla danışdığı qeyd edilir. Halbuki, bu, Tövrat və İncildə göstərilməyib. Quranda "Məryəm" surəsində İsa peyğəmbərin (ə) doğumundan geniş danışılır. Bütün bunlara baxmayaraq, müsəlmanlar İsanı (ə) Allahın peyğəmbəri kimi tanıyır və onun Allahın oğlu olmasını qəbul etmirlər.

http://faktxeber.com/bakda-pravoslavlar-sa-peymbrin--doum-gnn-qeyd-edib---foto_h490517.html