Litva prezidenti CİA-nın qurbanı olub
2004-cü ildə Litvanın Eks prezidenti Rolandas Pakas öz vəzifəsindən impiçment yolu ilə kanarlaşdırılıb
14/12/2009 - 18:27

FaktXəbərin verdiyi məlumata görə, 2004-cü ildə Litvanın Eks prezidenti Rolandas Pakas öz vəzifəsindən impiçment yolu ilə kanarlaşdırılmışdır. Pakasın sözlərinə görə buna səbəb onun Litva ərazisində Mərkəzi Təhqiqatlar İdarəsinin (CİA) məxfi türmələrin yerləşdirməsindən imtinası olub. Ekspertlərin də fikrinə görə Pakasın vəzifəsindən kanarlaşdıran impiçment prosedurun arxasında məhz elə ABŞ dura bilərdi. Rolandas Pakasın vəzifəsindən kanarlaşdırılıqdan sonra, dərhal Vilnus yaxınlıqında MTİ-nin məxfi obyekti inşa olunmuşdur. Hal hazırda Pakas Avropa parlamentində deputat vəzifəsində fəaliyyət göstərrir.



“Komersant” qazetin yazdığına görə, bu etirafları Pakas Litvanın Müdafiə və Milli Təhlükəsizlik komitəsinin iclasında söyləmişdir. “Mən elə düşünürəm ki, mənim CİA-nin məxfi türməsi ilə bağlı prinsipial rədd cavabım və  prezidentlikdən kənar qoyulmam bir-bir ilə bağlı olan proseslərdir".


Ekspertlər həmçinin hesab edirlər ki, Pakasın impiçmenti ABŞ-da sərf edirdi. İlk öncə ona görə ki Pakas Russiya mövqeyli siyasətçi idi. İkincisi isə , 2003- cü ilin sonlarında Polşada yerləşən MTİ-nin məxfi türməsi bağlanmışdır. Və MTİ-nə Avropada yeni bir türmənin olması zərüri idi. Litvada isə buna qarşı çıxan məhz elə Pakas olmuşdur. Amma Pakasın gedişindən sonra, türmənin Litvada tikilişinə olan mane aradan götürülmüşdür.