| Saakaşvili, Moskva ilə barışmak üçün yalvarır |
| Rusiya mətbuatının verdiyi məlumata görə, Rusiya Baş naziri Vladimir Putinin Gürcüstan müxalifətinin liderləri ilə Moskvada görüşməsindən sonra, Gürcüstan prezidenti Mixail Saakaşvilinin Ermənistandan Rusiya ilə barışmaq üçün vasitəçi olmasını istəyib |
| 11/03/2010 - 17:44 |
|
Rusiya mətbuatı Saakaşvilinin BMT-də olan diplomat dayısı Temuri Alasaniyanı Moskvaya göndərdiyi məlumatını yayımlayıb. Gürcüstan Fəhlə Partiyasının lideri Şalva Natelaşvili, prezident Saakaşvilinin Moskva ilə barışmaq istədiyini qeyd edib. Erməni mətbuatına açıqlama verən Natelaşvili deyib ki, Ermənistan prezidenti Serj Sarkisyanın Batumiyə etdiyi səfərdə Saakaşvilinin mövzunu gündəmə gətirdiyini ifadə edib. Rusiya mətbuatında çıxan xəbərlərə görə, Rusiya-Gürcüstan əlaqələrinin normallaşdırılması üçün Saakaşvili BMT-də işləyən diplomat dayısı Alasaniyanı da Kremlə göndərib. Əvvəl Saakaşvilinin məsləhətçisi olan Alasaniya 2006-cı ildə BMT-də işə qəbul edilmişdi. Rusiya prezidenti Dmitri Medvedev, 17 fevralda Saakaşvilini "persona non qrata", yəni azuolunmaz şəxs elan etmişdi. 2008-ci ilin avqustunda iki ölkə arasında baş verən qarşıdurmalardan sonra Moskva, Abxazya və Cənubi Osetiyanın müstəqilliyini tanımışdı. Keçən ay rus-gürcü sərhədindəki Yuxarı Lars sərhəd qapısının açılması ikili əlaqələrdə yeni bir dövrün başlanğıcı olaraq şərh olunmuşdu. |