|
FaktXeber.com-un Türkiyə mətbuatına itinadən verdiyi məlumata görə, Səadət Partiyasının başqanı Numan Kurtuluş AKP hökumətinə səslənərək, Türkiyənin İncirlik Hərbi Bazasını bağlamasını və ABŞ-la strateji ortaqlığın yenidən nəzərdən keçirməsini tələb edib.
Amerikanın müttəfiqlik adı altında istədiyi zaman "Təmcit plovu" (boyat plov - red.) kimi isidib ortaya qoyduğu erməni-İsrail işbirliyinin artıq başa düşülməsi və dayandırılması lazım olduğunu vurğulayan Səadət Partiyası başqanı Prof. Numan Kurtulmuş, qondarma soyqırım qanununun ABŞ Nümayəndələr Pakatası Xarici Əlaqələr Komitəsi tərəfindən qəbulunu sərt şəkildə tənqid edib.
ABŞ-la strateji əməkdaşlığın yenidən nəzərdən keçirilməsini istəyən Kurtulmuş, hökuməti də dik dayanmağa çağırararq, "Xarici Əlaqələr Komitəsinin bu qərarı qarşısında lazım olan dik duruş ortaya qoyulmasa, bundan sonrakı müddətdə qarşımıza çıxarılacaq problem, Torpaq və Təzminat tələbi olacaq" - deyə bildirib.
N.Kurtulmuş, "məqsəd, tarixi həqiqətləri işıqlandırmaq deyil, Türkiyənin üzərində siyasi təzyiq qurmaqdır. Əsl düşündürücü olan isə, "dost və strateji müttəfiq olaraq" xarakterizə edilən bir ölkənin, bu qərara imza atmasıdır" deyə danışıb.
Nəticə etibarı ilə, Türkiyə Cümhuriyyəti Hökuməti "Dost və strateji ortaqlıqlarını" yenidən nəzərdən keçirmək məcburiyyətində olduğunu vurğulayan Kurtulmuş, "yalnız kağız üzərində müttəfiqimiz olanlar, hələ qanı qurumamış XOCALI SOYQIRIMInı bir dəfə belə ağızlarına almaması, bu mövzudakı ikiüzlü standartın ən böyük göstəricisidir. Bu rəftar qarşısında İncirlik Bazasının bağlanılması və Əfqanıstanda olan türk əsgərlərinin geri çağırılması daxil olmaqla, əlaqələr yenidən nəzərdən keçirilməlidir" - deyə əlavə edib.

|