|
Bu gün Gürcüstanda nəşr olunan “Axali Taoba” qəzetində maraqlı bir xəbər yer alıb. Xəbərdə bildirilir ki, Ermənistan Gürcüstandan tranzit ölkə kimi istifadə edəcək və ölkəsinə hərbi yük daşıyacaq.
Nəşrin yazdığına görə, “Yaşıllar Partiyası”nın lideri Giorgi Qaçeçiladze bəyan edib ki, Rusiya ilə Gürcüstan sərhədində yerləşən “Yuxarı Lars” sərhəd məntəqəsinin açılması 2006-cı ildə iki ölkə arasında imzalanan sazişin tərkib hissəsidir.
“Sazişdə söhbət konkret olaraq Rusiya Müdafiə Nazirliyinin maraqlarından irəli gələn tranzit üçün Gürcüstan ərazisindən istifadədən gedir”,- deyə Qaçeçiladze bildirib.
O qeyd edib ki, sazişdə birbaşa qeyd edilib ki, bu, Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazasının ehtiyacları üçün edilir. G. Qaçeçiladzenin sözlərinə görə, Rusiya Gürcüstandan Ermənistana hərbi yükün tranziti üçün istifadə edir. ans

|