Ölkədə 3 minə yaxın ev sökülə bilər
Dəmir yollarının mühafizə zolağında 2 min 840 qanunsuz tikili aşkarlanıb
06/03/2010

Azərbaycan dəmir yollarının mühafizə zolağındakı qanunsuz tikililərin siyahıya alınması başa çatdırılıb. Qurumun mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov bildirib ki, respublika üzrə dəmir yollarının mühafizə zolağında ümumilikdə 2 min 840 qanunsuz tikili aşkarlanıb. Bunun 538-i qeyri-yaşayış sahəsi, 2 min 302-si isə yaşayış sahəsidir. Siyahı Nəqliyyat Nazirliyinə və Nazirlər Kabinetinə təqdim olunacaq.