Atəşkəs pozulub
Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edirlər
03/03/2010

FaktXəbərə Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən vediyi məlumata görə, Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini növbəti dəfə pozub. Düşmən bölmələri martın 2-də saat 11.20-dən 11.25-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi, saat 10.30-dan 10.40-dək və 15.10-dan 15.30-dək Goranboy rayonunun Tapqaraqoyunlu və Gülüstan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 20.20-dən 20.30-dək Ağdam rayonunun Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.50-dən 21.00-dək isə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.



Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur.