"Cırtdanlar" yığmamızın qarşısına 18 futbolçu ilə çıxır
Lüksemburq yığması martın 3-də Azərbaycanla yoldaşlıq görüşünə 18 futbolçu ilə hazırlaşır
01/03/2010

Millinin baş məşqçisi Quy Hellers komandamızla oyuna geniş heyət çağırmağı məqsədəuyğun saymayıb. Göründüyü kimi, rəqib komandanın çalışdırıcısı adı protokola daxil edilə bilməyəcək futbolçulara dəvət göndərməyib.



Ümumilikdə, 6 legionerin xidmətində maraqlı olan Hellers iki aparıcı oyunçusuna ehtiyac duymayıb. O, Fransanin “Sedan” klubunda çıxış edən Joel Pedro və Norveç “Kunqsvinger”inin üzvü Lars Gersonu “18-liy”əı daxil etməyib. Bu gün “Mets”in heyətində növbəti oyununa çıxacaq Mario Mutş isə yalnız sabah komandaya qoşulacaq. Digər legionerlər – Massimo Martino və Tom Laterza, həmçinin Ceff Ştrasserin bu gün Lüksemburq yığmasına qoşulacağı gözlənilir.



Qapıçılar: Jonatan Juber, Mark Obervays.



Müdafiəçilər: Ante Bukviç, Morera de Souza, Erik Hoffman, Kim Kinsiqer, Mario Mutş, Tom Laterza, Tom Sibenaler.



Yarımmüdafiəçilər: Anton Bojiç, Dan Kollett, Matias Yaniş, Rene Peters, Tom Şnell, Ceff Ştrasser.



Hücumçular: Daniel da Nota, Stefano Benşi, Jel Kitenj.



Qeyd edək ki, Lüksemburq çərşənbə günü keçiriləcək qarşılaşmaya qədər cəmi 4 məşqə çıxacaq. \apasport\