Jirinovskidən qorxunc təklif: "İnsanları klonlaşdırıb..."
Faktxəbərin verdiyi məlumata görə, millətçi Rusiya Liberal Demokrat Partiyasının (LDP) lideri Vladimir Jirinovski deyib ki, "İnsanları klonlaşdıraraq işləməyən orqanlarımızı onlarınki ilə dəyişdirək"
27/02/2010 - 11:11

Ria Novosti agentliyinin xəbərinə görə, Rusiyada bu gün qəbul edilən "Rusiyada klonlanlaşdırma ilə bağlı keçici qadağanın uzadılması"na münasibət bildirən Jirinovski deyib ki, Rusiyada klonlaşdırmanın qadağan edilməsinə qarşıyam.



Jirinovskibildirib ki, "Klonlaşdırmanın və xəstə orqanları yeni orqanlarla dəyişdirməyin insanlıq üçün qurtuluşdur".



Jirinovski həmçinin bildirib ki, "Özümü klonlaşdırsam çox məmnun olaram. Mənim kimi ikinci bir insanın olması Rus xalqının xeyrinədir".


Bəhruz Həsənli