Yer üzündə cəhənnəm...
Onların əlindən qaçmağa çalışanlar isə, üzərlərinə benzin tökülüb yandırılır...
28/01/2010 - 12:03

FaktXəbərin verdiyi məlumata görə, İtaliya televiziyası, yaxşı bir gələcək üçün Liviyanın səhralarını aşaraq dənizə çatmağa çalışan afrikalı immiqrantların, səhraların ortasındakı dramlarını ilk dəfə göstərib...



Minlərlə insan səhranın ortasında, köməyə möhtac bir şəkildə, susuzluqdan və aclıqdan ölür... İnsan tacirləri tərəfindən pul anlaşılmazlığı və ya digər səbəblərə görə səhralara atılan yüzlərlə insan həyatını itirir...

Onların əlindən qaçmağa çalışanlar isə, üzərlərinə benzin tökülüb yandırılır. Gənc qızlara isə təcavüz edilir. Bu insanların ən çox qorxduğu şeylərdən biri isə, Liviya polisinin əlinə düşməkdir. Burada da işgəncə edilib, döyülürlər...



"Oggi" proqramı tərəfindən yayımlanan bu görüntülərdə, səhranın ortasındakı insan dramı bir daha ortaya çıxır... Rejissor, bu görüntüləri necə çəkdiyini belə izah edir: "İndi getsəniz, bizi yalançılıqla günahlandırarsınız. Çünki bu cəsədləri görə bilməzsiniz. Hər gün qum fırtınaları onların, üstlərini bağlayır. Liviya səhraları üstlərində daş olmayan qəbiristanlıqlar kimidir. Kim bilir neçə min cəsəd var".


Əziz Sahiboğlu