Bəşəriyyət bu gün cəhalət aləmindən çıxıb elm, inkişaf, hidayət, səadət
və xoşbəxtlik zamanına daxil olur.
Şeytan və şeytansifətlər bu İlahi fəziləti hiss edir və elə bir
fəryad çəkirlər ki, məğrib və məşriqdə eşilir. Amma
artıq gecdir, Allah-taala insanları
cəhalət alimindən nura tərəf və Quran nuru ilə bütün bəşəriyyəti Qiyamətə qədər
hidayət etməyi iradə etmişdir. Allah-taala
Quranda bu haqda buyurur: "Allah
(Ona) iman
gətirənlərin
hamisidir, onları
zülmətdən
çıxarıb işığa
tərəf
yönəldər.
Kafirlərin
hamısı isə Tağutdur
(şeytanlardır).
Onları
(kafirləri)
nurdan
ayırıb zülmətə
salarlar."
("Bəqərə" surəsi, 257)
Məkkədə Həra dağında ilk Quran ayəsi nazil olur.
Allah-taala buyurur: "(Ya
Peyğəmbər!) Yoxdan
yaradan Rəbbinin adı ilə oxu! O,
insanı laxtalanmış qandan yaratdı.
Oxu! Sənin
Rəbbin ən böyük kərəm sahibidir! O
Rəbbin ki, qələmlə
(yazmağı) öyrətdi."
("Ələq" surəsi,
1-4)
Qeyd olunan ilk Quran ayələrində istər elmi və istərsə də mənəvi
cəhətdən çox ecazkarlıq açıqlamaq olar. Biz
yalnız, ilk nazil olan ayədə müasir zaman elmindən də
yüksək səviyyədə olan elmi bir nöqtəni qeyd etmək istərdik.
Ümidvarıq ki, bu gün İslam Peyğəmbərinə (s)
nazil olan bu ilk Quran ayəsindən möminlər və insaflı alimlər ibrət
alıb imanlarını daha da artıracaq və bunun müqabilində bəzi qəlb gözləri
tutulmuş korlar isə yenidən təfəkkür edib müqəddəs Quran haqqında böhtan
yazmaqdan əl çəkəcəklər.
O da bundan ibarətdir ki, on dörd əsr
əvvəl ilk nazil olan surədə ("Ələq" surəsində) Allah-taala
kamil bir zərifliklə, insanları hidayət etmək halətində elə bir incə və
elmi mətləbə işarə edir ki, bəşər elmi həmin elmi mətləbi min ildən sonra kəşf
etmiş və müasir zamanda belə bir elmi mövzu tam şəkildə yalnız,
ən çox inkişaf etmiş elektron texnikalara ilə ələ gələ bilər.
Allah-taala ilk nazil etdiyi ayədə buyurur:
"Yoxdan yaradan Rəbbinin adı ilə oxu!
O, insanı
laxtalanmış qandan yaratdı." ("Ələq"
surəsi, 1,2)
Bu gün insanşünaslıq və insan rüşeymi elmi ilə məşğul olan ən dahi
alimlər Quranın bu ayəsi müqabilində diz çökür və iqrar edirlər ki,
1400 il bundan əvvəl heç bir müasir texnikadan xəbər
olmayan bir zamanda və mikrsokop kəşf olunmamışdan təxminən,
mil il əvvəl, müqəddəs Quranda insanın ilk yaradılış prosesinə
tam elmi şəkildə işarə olunur. Məsələ burdadır ki, bu
sahənin bütün alimlərinin nəzərinə əsasən, insan
rüşeyminin ana bətnində "laxtalanmış
qan şəkilində olması"vəziyyətini
yalnız və yalnız, müasir elmi texnika, daha
doğrusu ən çox inkişaf etmiş mikroskop və ya kompyuter sistemi vasitəsi ilə
görmək və müşahidə etmək mümkündür və adi gözlə rüşeymin bu vəziyyəti
(laxtalanmış qan) müşahidə etmək qeyri-mümkündür.
Qeyd etmək yerinə düşər ki, məhz
Quranın bu ilk ayəsini mütaliə edən bu sahənin insaflı alimləri
kəlmeyi-şəhadətini demiş və İslama daha doğrusu, Allah-taalanın
varlığına iman gətirib müsəlman olmuşlar. Bu
haqda sonrakı yazılarımızda söz açacağıq. İnşallah!
Ümidvaram, müqəddəs
Quran-Kərimin
elmi ayələrindən qəflətdə qalan bütün qafillər tezliklə yenidən Qurana müraciət
etsinlər və bunun vasitəsi ilə oyanıb doğru və düzgün yolu tapa bilsinlər!
Sərdar Səlaloğlu: "ATƏT və Avropa Şurası Azərbaycanda demokratikləşməyə heç bir kömək etməyəcək, hələ 2005-ci il parlament seçkiləri Avropa Şurasında müzakirə olunmayıb"