Son zamanlar müqəddəs İslam dininə olunan hücumlar içərisində belə bir mövzu qabardılır ki, guya İslam elmlə ziddiyyətdədir və müqəddəs Quranda elmi mövzular gözə dəymir.
İlk öncə onu qeyd etmək lazımdır ki, hər bir insanın həyatda müəyyən bilikləri ola bilər, amma bu biliklərin olması o demək deyil ki, həmin fərdin gözləri açıqdır. Başqa sözlə desək, elmi olan insanının hikməti də olmalıdır. İslama və Qurana qarşı belə bir iddianı edənlərin əvvəl gözləri kor daha sonra isə bilikləri çox naqisdir. "Quran və elm" mövzusunda bu gündən sonra silsilə məqalələrimizdə onların gözlərinin nə qədər kor və İslam və Quran haqqında adi məlumatlarının nə qədər az olduğunu isbat edəcəyik. İnşallah!
Beləliklə, elm insana hikmət gətirməlidir. Əgər belə olmasa, insan bilik sahibi olmasına baxmayaraq, yenə də kor kimi qalır. Nümunə üçün xəstə biri insana şərab içməməmyi tövsiyə edən bir həkimin özünün şərab və içki içməsi buna aydın misaldır. Ona görə ki, həkim o tibb elmini oxuyub, amma onun hikmətindən xəbəri yoxdur. Ağıl və hikmətdən azca bəhrəsi olan insan, orqanizmin əsas funksiyalarının dağılmasına səbəb olan içkini heç vaxt içməz. Digər səbəblər də var ki, bizim mövzumuzdan xaric olduğuna görə onlara işarə etmirik.
Deməli elm və hikmətin bir-biri ilə sıx əlaqəsi olduğunu və onların hər ikisinin insanda olması ilə insanın kamala çatmasını nəzərə alaraq, onların fərqlərini və ya elm və hikmətin bir-birinə olan nisbətlərinə qısa da olsa işarə edirik. Sonrakı yazılarımızda isə Quranda olan elmi möcüzələr və açıqlamaları sizlərə təqdim edəcəyik. İlk məqalə elm və hikmətdən bəhs edir.
"Hikmət" əslində, elm və əqlin vasitəsi ilə haqqa, həqiqətə çatmaqdır. (Müfrədat Rağib İsfahani, "hökm" sözü) Sözün əsli isə "hökm" kökündən olub, həbs etmək və qadağan mənasındadır. Bu sözün ilk mənası, "zülmün qarşısını almaqdan ötrü hökm verməyə" deyilir. Hikmətin xassələrindən biri insanda cəhl və nadanlığın qarşısını almaqdır. (Möcəmil-məqayisul-lüğət, "hökm" sözü) Amma, "elm" sözü isə "bilmək", "bilik", (Seyyid Əli Əkbər Qurşi Benabi, Qamus Quran, c.5; səh.32, "hökm" sözü) həqiqəti dərk etmək və "başa düşmək", "bir şeyin əsası"na deyilir.(Müfrədat Rağib İsfahani, "hökm" sözü) Həmçinin, əşyada olan o nişanələrə dəlalət edir ki, onun vasitəsilə ondan qeyrisini ayırmaq olur. (Əhməd ibn Faris, Möcəmi məqayisul-lüğət, "elm" sözü)
Quranda elm və hikmət; "Hikmət" sözü Quranda iyirmi dəfə təkrar olunmuşdur. Hikmət sözünün mənası haqqında Quranda
təfsirçilər müxtəlif izahlar veriblər ki, onların xülasəsi bunlardan ibarətdir:
1. Hikmətdə məqsəd peyğəmbərlikdir. (Əminul İslam Tərbərsi, Təfsir Məcməul-Bəyan fi təfsiril-Quran,c.2; səh.151) Necə ki, Quranda oxuyuruq: "Davud Calutu öldürdü. Allah Davuda həm hökmranlıq, həm də hikmət (peyğəmbərlik) verdi." (Bəqərə surəsi, 251)
2.Hikmətdə məqsəd, şəriətdə
halal və harama elm ələ gətirməkdir. (Əminul
İslam Tərbərsi, Təfsir Məcməul-Bəyan fi təfsiril-Quran, c.2; səh.298) Quran ayəsində oxuyuruq: "(Allah) ona (İsaya) yazmağı, hikməti (halal və haramı), Tövratı və İncili öyrədəcək." (Ali İmran surəsi, 48)
3. Təfsirçilərdən bəziləri hikmətdə məqsədin Quran elmləri, Quranın nəsx edən (ləğv edən) və nəsx olunan ayələrinə, möhkəm və mütəşabeh, müqəddəm və müəxxər və sair ...ayələrinə
aid olan elmin olduğunu deyirlər. (Əminul
İslam Tərbərsi, Təfsir Məcməul-Bəyan fi təfsiril-Quran, c.2; səh.269) Quranda oxuyuruq: "Allah istədiyi şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk
edərlər!"
(Bəqərə
surəsi, 269)
4. Bəzi təfsirçilərin nəzərinə görə isə hikmət, əməl və söz meydanında Allah-təalanın kəlamının əslinə və həqiqəti dərk
etməkdir. (Əminul İslam Tərbərsi, Təfsir Məcməul-Bəyan fi təfsiril-Quran, c.2; səh.194)
5. Bəziləri hikməti dinin geniş mənada anlamı kimi təfsir edirlər.
6.Digər təfsirçilər isə hikmətə dindən düzgün və səhih dərk kimi məna
vermişlər.
7.Bir dəstə isə bu əqidədirlər ki, "hikmət" elə bir elmdir ki, başdan başa insanın islah olub kamala yetməsinə səbəb olur.
8. Nəhayət, Əllamə Təbatəbai bütün bu
mənaları özündə cəmləşdirən bir nəzəriyyə vermişdir. O da bundan ibarətdir ki, hikmət, məsələnin elmi mahiyyətinin möhkəm və tam
yəqinliklə ələ gəlməsinə deyilir. (Əllamə
Təbatəbai, Məhəmməd Hüseyn, Təfsir Əl-Mizan, c.2; səh.351)
Əslində, bütün qeyd olunan mənalar bu mənanın daxilində qərar tutmuşdur. Çünki, "hikmət", "möhkəm", "hökm" və sair kimi kəlmələrin mənasında bir növ
möhkəmlik və aradan getməmək mənası yatmışdır. (Cavad Amuli, Əbdullah, Quranda Quran, c.1; səh. 297) Allah-təalanın Quranı "Kitabun-həkim" adlandırması ondan ötrüdür ki, Quran vaxtında söz deyir, yaxşı söz deyir, bəyan etdiyi şeyin yanında dəlil və sübutu var. Dəlil və sübutu olmayan söz möhkəm olmaz. İslam Peyğəmbərindən (s) nəql
olunan hədisdə oxuyuruq:
"Allah-təala ən qiymətli Quran
nemətini mənə əta etmiş və onunun yanında lazımı qədər hikmət də vermişdir. Hikmətdən bəhrəsi olmayan ev
viranədir. Beləliklə, elm və bilik öyrənin, elə olmasın ki, nadan və savadsız halda
öləsiniz!"
(Cəlaləddin Siyuti, Əd-Durrul
Mənsur, c.1; səh.335)
Amma, "elm" kəlməsi, Qurani-kərimdə 105 dəfə təkrar olunmuşdur. Əlbəttə, elm kəlməsindən düzülən sözləri də nəzərə alsaq, belə kəlmələrin Quranda sayı çoxdur. Bu söz (elm), bəzən Quranda "bilik" mənasında işlənib. Məsələn ayədə var, "Hər qəbilə özünün su içəcəyi yeri bildi." (Əraf surəsi, 160) Bəzən izhar və aydınlaşdırmaq mənasında olur
məsələn, "Sonra iki tayfadan (möminlərdən və kafirlərdən) hansının onların (mağarada) qaldıqları müddəti daha düzgün
hesabladıqlarını bilmək üçün onları oyatdıq." (Kəhf surəsi, 12) Əllamə Təbatəbai bu ayənin mənasında yazır; məqsəd, hazırda olan elmdir. O da, Allah-təala yanında bir şeyin hüzuru və xüsusi vücudu mənasındadır. Elm, bu mənada Quranda çox işlənmişdir. Bəzən Quranda elm, dəlil və
höccət mənasında işlənib.
(Kəhf surəsi, 4-5)
Beləliklə, elm haqqında qeyd olunmuş bütün mənalardan belə nəticə almaq olur ki, bütün varlıqların özünə məxsus elmləri
vardır. Necə ki, Əllamə Təbatəbai - "Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür
etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız." (İsra surəsi, 44) - ayəsinin təfsirində yazır ki, ayədəki "lakin, siz onların təqdisini anlamazsınız." - cümləsi varlıqların təqdisinin
elm üzündən olmasına ən yaxşı dəlildir. Çünki, əgər varlıqların təsdiqindən
məqsəd yalnız, varlıqlarının Allaha nisbət
verilməsi olsaydı, onda ayədə onların dillərini
anlamamağın açıqlanmasının heç bir mənası olmazdı. (Əllamə Təbatəbai, Məhəmməd Hüseyn, Təfsir
Əl-Mizan, c.17; səh.609) Quranda bu mənaya (varlıqların elminin olmasını) isbat edən ayələr çoxdur. Məsələn, Quranda bir ayədə oxuyuruq Allah-təala buyurur: "Məhz o gün (yer) öz hekayətini söyləyəcəkdir. Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)!" (Zilzal surəsi, 4-5) Bu qəbildən olan ayələr isbat edir ki, insanın əzalarının şəhadət verməsi və Allah-təala ilə dilə gəlibsöz danışmaları və Haqq-təalanın suallarına cavab vermələri hər bir
varlığın özünəməxsus elmi əsasında olar. Əlbəttə, diqqət etmək lazımdır ki, elmin özünəməxsus dərəcələri vardır.
Hikmətlə elmin fərqi; Bu iki kəlmənin fərqlərini bəyan etməzdən
əvvəl qeyd etmək lazımdır ki, Qurani-Kərimdə bəzən "hikmət" Allah-təalaya nisbət verilir. "Bil ki,
Allah
yenilməz qüvvət,
hikmət
sahibidir!"
(Bəqərə surəsi, 260) Qurani-Kərimdə "həkim" kəlməsi 92 dəfə, "əlim" (bilən) kəlməsi isə
156 dəfə Allah-təalaya nisbət verilmişdir. "Həkim" və "bilən" vəsfləri Allah-təalanın zati sifətlərindəndir. Çünki, Allahın hikməti dedikdə o
nəzərdə tutulur ki, yaratdıqlarını ən möhkəm
şəkildə və qüdrətlə yaradıb, yaradılış
hər bir mənasızlıqdan uzaq olub, Onun
zatından sayılan sonsuz elminə əsaslanır. Hikmətin əməli sifətlərindən də olmasına baxmayaraq, bu cəhətdən də Allah-təalanın Öz işlərində möhkəm, qüdrətli və hər cür batil işdən pak olmasını
isbat edir. Hər halda, Allahın zatı sifətləri Onun zatı ilə eyni
olduğu üçün bu iki sifət
(həkim və bilən) arasında elə bir fərq yoxdur. Ona görə ki, həkim və bilən sifətlərinin hər ikisi, Allah-təalanın bilik və elminə
işarədir. Fərq bundadır ki, hikmət adətən, Allah-təalanın elmi cəhətlərinə, elm isə nəzəri cəhətlərinə işarə edir. Başqa sözlə desək elm, Allah-taalının sonsuz biliyindən xəbər verir, hikmət isə Onun yaratdığı aləmlərin və Qurani-Kərimdənazil etdiklərinin hədəfindən xəbər verir. (Məkarim Şirazi, Təfsir Nümunə,
c.15; səh.399)
Bəzən bu iki sifət insana və digər ağıl
sahibləri olan varlıqlara da nisbət verilir. İnsanda hikmətin olması, onun
varlıqlara dərin elmi,
bəyənilmiş və
xeyir işlərin görülməsi mənasındadır. (Müfrədat
Rağib, "hökm" kəlməsi) Başqa sözlə desək, "həkim
insan" o kəsdir ki, mərifət meyarlarını özündə cəm etməklə, onun vasitəsilə haqqı tanıya bilsin, batili isə hansı libasda olmasına baxmayaraq
haqdan ayıra bilsin. Bu həmin mövzudur ki, filosoflar onu öz dillərində "nəzəriyyə qüvvəsinin kamal həddi" adlandırırlar. (Məkarim Şirazi, Təfsir Nümunə,
c.15; səh-399) Deməli, həkim o kəsdir ki, dərin
dərk qüvvəsindənbəhrələnib, mərifət əhli və sağlam düşüncəyə malik
olmalıdır. İmam Kazım (ə) Hişam
ibni Həkəmə buyurur: "Həkmətdən məqsəd əql və
dərkdir." (Məkarim Şirazi, Təfsir Nümunə,
c.17; səh.37)
Beləliklə, hikmət elə bir dərk və düşüncə tərzidir ki, elmə əsaslanır,
onun da əsl
həqiqəti Allah-təalaya məxsusdur. Bundan əlavə, İmam Sadiq
(ə) buyurur: "Allah-təala özü elmdir və cəhlin Ona yolu yoxdur." (Amuli, Şeyx Hürr, Əl-Fusulul mühümmə fi üsulul əimmə, c.1; səh. 228) Həmin həqiqət ki, Loğman Allah-təala tərəfindən almışdır. Quranda oxuyuruq: "Həqiqətən, Loğmana: "Allaha şükür et!"(deyə) hikmət verdik." (Loğman surəsi, 12)
Çox təəssüflər olsun ki, İslama irad tutan bəzi
elmsiz və hikmətdən xəbərsizlər hələ də düşüncələrinə sığışdıra bilmirlər ki, onların istifadə etdikləri hətta, o qısa və
dar düşüncəli əqlləri də bütün insanlara olduğu kimi onlara da Allah-təala tərəfindən feyz kimi verilmişdir. Yoxsa çoxları o azacıq ağıl üzündən
psixiatriya mərkəzlərində qalmalı olardılar...
Sərdar Səlaloğlu: "ATƏT və Avropa Şurası Azərbaycanda demokratikləşməyə heç bir kömək etməyəcək, hələ 2005-ci il parlament seçkiləri Avropa Şurasında müzakirə olunmayıb"